“Yeni məmurlarda daha çox korrupsiyaya yoluxma hiss olunur” - Fazil Mustafa 

“Yeni məmurlarda daha çox korrupsiyaya yoluxma hiss olunur” - Fazil Mustafa 

Hazırda oxunan: “Yeni məmurlarda daha çox korrupsiyaya yoluxma hiss olunur” - Fazil Mustafa 

68167

“Ölkədə investisiyanın qanunla təminat altına alınması olduqca vacibdir. Lakin son illərin təcrübəsi onu göstərir ki, qeyri-neft sektoruna investisiyalar az yatırılır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Fazil Mustafa “İnvestisya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirələri zamanı səsləndirib. 

Millət vəkili qanunun tətbiqindəki problemlərə diqqət çəkib: 

“Bu qanun mənə tütünçəkmə və məişət zorakılığı haqqında qanunu xatırladır. Yəni faktiki olaraq işləmir. Xaricədən gələn adam kapital qoyur, lakin zəmanət yoxdur ki, hansısa qoluzorlu, inhisarçı onun əlindən biznesini almayacaq.

Ona görə də qanun məsələsindən öncə, mühit məsələsi həll olunmalıdır. Yoxsa 100 çağırış etsən belə, onlar gözü çıxmış qardaşlarını görmürlərmi? İlk növbədə şəffaf mühit yaratmalıyıq”. 
“Korrupsiya niyə azalmır? Əvvəl deyirdilər ki, köhnə məmurlar daha çox korrupsiyaya alışmışdılar. Lakin onların gözü daha tox idi. Yeni məmurlarda daha çox korrupsiyaya yoluxma hiss olunur”, - deyə millət vəkili əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO