"SOCAR və GL İnternational şirkətlərinin hər ikisi Azərbaycanda yaradılıb. Qanunvericiliyə əsasən, Azərbaycan dilində eyni söz və terminlər olduqda başqa dildən alınma sözlərlə adlandırılmaya imkan verilmir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.
Belə ki, deputat bir sıra şirkət adlarının xarici dildə təqdim olunmasına etiraz edib:
“Bizim Dövlət Neft Şirkətimiz var. SOCAR-ı etmişik beynəlxalq trend, onu hətta qanunlara da daxil edirik. Onun bizim ədəbi dilimizə nə dəxli var? Bu normativ konstitusiya aktına ziddir.
Yaxşı səslənir deyə bu cür edilir? Zelenski o gərginliyin içərisində Kiev və Xarkovun ukraynca adlandırılmasını istəyir. Biz isə Bakı yerinə hər yerdə “Baku” deyirik. Bu dövlət dili normalarına ziddir. Bəxtiyar Vahabzadənin dediyi kimi, bizim bütün dillərə hörmətimiz var, öz dilimizdən başqa”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:52 / 05.04.2022
Tahir Kərimlidən İRAD - “Bu normativ konstitusiya aktına ziddir”
Hazırda oxunan: Tahir Kərimlidən İRAD - “Bu normativ konstitusiya aktına ziddir”
Hazırda oxunan: Tahir Kərimlidən İRAD - “Bu normativ konstitusiya aktına ziddir”
68145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.