Autizmli şagirdin videosunu çəkən müəllimə xəbərdarlıq edildi

Autizmli şagirdin videosunu çəkən müəllimə xəbərdarlıq edildi

Hazırda oxunan: Autizmli şagirdin videosunu çəkən müəllimə xəbərdarlıq edildi

68113

Bir müddət əvvəl 3 nömrəli xüsusi məktəbdə şagirdin aqressiv davranışlarının lentə alınıb sosial şəbəkədə paylaşılması məsələsinə aydınlıq gətirilib. 

Bizim.Media Apa-ya istinadən xəbər verir ki, məktəbdən bildirilib ki, II v sinif şagirdi (müəyyən səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə bağlı sosial şəbəkədə yayılmış videogörüntü valideynin xahişinə əsasən çəkilib. 

"Şagirdin diaqnozu “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu (ağır forması, davamlı və impulsiv olan davranış pozğunluğu) psixoloji inkşafın ümumi pozğunluqları, uşaq autizmi” nəzərə alınaraq ona evdə təhsil forması təklif olunub, valideyn isə buna narazılıq edib. Məsələ ilə bağlı müvafiq araşdırma aparılıb və müəllimə yazılı xəbərdarlıq edilib" - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO