Oğuzda meşə yanğını başlayıb - FHN AÇIQLAMA yaydı

Oğuzda meşə yanğını başlayıb - FHN AÇIQLAMA yaydı

Hazırda oxunan: Oğuzda meşə yanğını başlayıb - FHN AÇIQLAMA yaydı

67987

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO