Son dövrlərdə qarşılaşdığımız əsas problemlərdən biri də, məhz keçid zolaqlarında yaşanan piyada-sürücü problemidir.
Bizim.Media-ya yerli sakinlər tərəfindən verilən məlumata əsasən belə problemlərdən biri də, Əhmədli metrosu yaxınlığındakı qəbristanlığın yanı ilə Kənd Əhmədliyə düşən yoldadır.
Yolda piyada zolağı silinib. Hər iki kənarda piyada keçidi nişanı olsa da, sürücülər buna əhəmiyyət vermir. Nəticədə tez-tez yol nəqliyyat hadisələri baş verir. Ərazidə yaşayan sakinlər piyada zolağının bərpasını və əraziyə işıqfor qoyulmasını tələb edirlər.
MÖVZU İLƏ BAĞLI:
BNA sürücülərə cərimə yazmağa davam edəcək? – Ekspert qanuna uyğun olmayanı İZAH ETDİ
Bu mövzuda yaranan suallarına cavab tapa bilməyən sakinlər Bakı Nəqliyyat Agentliyinin bu müraciətlə bağlı vətəndaşlara göndərdiyi rəsmi məktubu da Bizim.Media-ya təqdim ediblər.
Məsələ ilə bağlı Bakı Nəqliyat Agentliyi ilə biz də əlaqə saxladıq. Kənd Əhmədli sakinlərinin şikayətini bir daha diqqətlərinə çatdırdıq.
Bizim.Media-ya açıqlamasında BNA-nın Mətbuat katibi Mais Ağayev faktı araşdırdıqlarını və doğru olduğunu bildirib. Günü sabah sakinlərin tələbinin yerinə yetiriləcəyinə söz verib.
Məsələni diqqətimizdə saxlayacağıq.
Leyla Şah, Sadıq Əliverdibəyli, Bizim.Media