Nazirlikdən aksiya keçirən qadınla bağlı AÇIQLAMA -

Nazirlikdən aksiya keçirən qadınla bağlı AÇIQLAMA - "Ayda 680 manat..."

Hazırda oxunan: Nazirlikdən aksiya keçirən qadınla bağlı AÇIQLAMA - "Ayda 680 manat..."

67940

Dövlət Sosial Müdafiə Fondu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirən qadının şikayətinə aydınlıq gətirib.

Fondun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin qarşısında ailəsinə ünvanlı sosial yardım tələb edən Salamova Samirə Rafiq qızının ailəsi əslində ardıcıl olaraq sosial ödənişlərlə təmin olunur.

Qeyd olunub ki, həyat yoldaşı vəfat edən, 4 uşağı olan S.Salamova Masallı rayon sakinidir və hazırda Bakının Nəsimi rayonunda kirayədə yaşayır:

"Onun ailəsinə ailə başçısını itirməyə görə müavinət (400 manat) və sağlamlıq imkanları məhdud bir uşağına görə müavinət (200 manat), təqaüd (80 manat) olmaqla ümumilikdə 680 manat aylıq ödəniş edilir. Həmçinin, S.Salamovanın ailəsinə əvvəllər ardıcıl olaraq sosial yardımlar verilib. Sonuncu dəfə isə keçən ilin mart ayında ünvanlı sosial yardım təyin edilib.

Ötən ay yardımın verilmə müddəti bitdiyi üçün o, növbəti dəfə yardım almaq üçün e-qaydada müraciət edib.

Müraciətdən sonra onun ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılıb. Montorinqin nəticəsinə əsasən S.Salamovanın ünvanlı yardım hüququnun olub-olmadığına dair qərar veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO