Fərrux kəndində əsir düşmüş ƏSGƏRİN QARDAŞI: “Atam xəbəri eşidib dünyasını dəyişdi” - FOTO

Fərrux kəndində əsir düşmüş ƏSGƏRİN QARDAŞI: “Atam xəbəri eşidib dünyasını dəyişdi” - FOTO

Hazırda oxunan: Fərrux kəndində əsir düşmüş ƏSGƏRİN QARDAŞI: “Atam xəbəri eşidib dünyasını dəyişdi” - FOTO

67936

Müzəffər Azərbaycan Ordusu yenidən şücaət göstərərək Xocalı rayonunun Fərrux kəndini erməni işğalından azad edib.

Bundan sonra ermənilərin bəzi müharibə cinayətlərinin də izi üzə çıxıb.

Müdafiə Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi zamanı orada itkin düşmüş 62 nəfər Azərbaycan hərbçilərinin siyahısı açıqlandı və xüsusi aansızcasına qətlə yetirilmiş insanlarımızın sümükləri tapılaraq ekshumasiya olunmaq üçün ərazidən götürülüb.

Tapılmış cəsədlər 30 ildən çoxdur gözü yol çəkən şəhid ailələrinin ürəyində bir ümid işığı yandırıb.

Onlar cəsədlər arasında öz doğmalarını axtarırlar. Həmin ailələrdən biri də siyahıda adı olan Vüqar Qubadovun doğmalarıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Fərruxda aşkarlanan meyit qalıqları ekshumasiya edildi


Mərhumun qardaşı Hakim Qubadov Bizim.Media-ya qardaşının həyat yolundan və Xocalıdakı qəhrəmanlığından söz açıb:

“Qardaşım son damla qanına qədər vuruşub. 2020-ci ildə necə ki, Müzəffər Azərbaycan ordusunun əsgərləri məğrurcasına vuruşurdu, qardaşım da, onun döyüş yoldaşları da eyni ilə o cür vuruşurdu. Onun qəhrəmanlığı yerə-göyə sığmırdı. Sadəcə olaraq o vaxtkı vəziyyətlə indiki vəziyyət tamamilə fərqli idi. Təəssüf ki, onlar qurban getdi. 1991-ci ildə Rusiyada hərbi xidmətdə olub, 1-ci Qarabağ müharibəsi başladıqda könüllü olaraq ordunun sıralarına yazılıb. 1992-ci ilin əvvəlində Ağdam uğrunda döyüşlərdə iştirak edib. Sonuncu dəfə toyda iştirak etmək üçün 1992-ci ilin sentyabrın 13-də evə qayıtdı, səhəri gün də yenidən hərbə getdi. Elə sonuncu dəfə qardaşımı onda görmüşdük, onda sarılmışdıq bir-birimizə. O zaman mənim 19 yaşım var idi. Çox keçmədi elə həmin ayın 19-da qardaşım Neftçaladan olan bir yoldaşını yaralı vəziyyətdə çıxaranda qaça bilməyib əsir düşmüşdü”.

Hakim bəy qeyd edir ki, qardaşının yoxluğunda əziyyət çəkən daha çox anaları olub. Elə sümüklərlə bağlı xəbəri alar-almaz yenə böyük həyəcan hissi keçirib:

“Əsir düşdüyü xəbərini aldıqdan 2 il sonra qardaşıma şəhidlik statusu verildi. Amma onun ölüm tabutunu belə görə bilmədik. Qardaşımın yoxluq dərdi anamızı məhv edib.
O, 4 dəfə infarkt keçirib, danışa bilmir ancaq oğlunu yada salaraq ağlayır. Atam da bu acıya, övlad həsrətinə dözə bilməyib, bir müddət sonra dünyasını dəyişib. Son əməliyyatdan sonra Fərruxda şəhid olanların sümüklərinin aşkarlanması bizdə ümid yaradıb. İnanırıq ki, qardaşım haqqında da bir məlumat olacaq. Araşdırmaların cavabını gözləyirik”.

Allah rəhmət eləsin!



Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO