Müəllimlərin vahid məktəb forması olacaqmı? - YENİ TƏKLİF

Müəllimlərin vahid məktəb forması olacaqmı? - YENİ TƏKLİF

Hazırda oxunan: Müəllimlərin vahid məktəb forması olacaqmı? - YENİ TƏKLİF

67899

Məktəblərdə şagirdlərin vahid formaya keçidi illər öncə birmənalı qarşılanmamışdı. Lakin hazırda bu qaydanın müsbət tərəflərini görmüş oluruq. Ən əsası da hazırda sosial durumu bərabər olmayan ailələrdən məktəbə yollanan uşaqlar kompleks keçirmir, eyni geyimdə və statusda dərslərinə davam edirlər. 

Zaman-zaman müəllimlərin də vahid uniformaya keçməsi məsələsi müzakirə mövzusu olur. Valideynlərin bir çoxu müəllimlərin dərsə geyindiyi geyimlərin uşaqlara və dərs prosesinə təsir etdiyini qeyd edir. Elə Qəmər Abasova kimi:

“Keçən gün qızımla oturmuşuq birdən başladı müəlliməsinin geyimlərindən danışmağa. Geyimlərinin rəngi, aksessuarlarına qədər saymağa başladı, düz, bir saat müəlliməsinin geyimindən, daş-qaşından danışdı. Sən demə, bunlar uşaqların diqqətini yayındırırmış. Buna görə də bir valideyn olaraq müəllimlərin vahid formaya keçməklərinə çox şad olaram”.
 

MÖVZU İLƏ BAĞLI:

Dərs kitablarındakı XƏYANƏT - Kütləvi savadsızlaşdırmada kim maraqlıdır?


Sosial şəbəkədə də bu mövzu haqqında söz-söhbətlər gedir.

Belə ki, kimi vahid formanı dəstəkləyir, kimisi isə müəllimdə əsas savadın güclü olmasını əsas gətirərək, geyimin heç də rol oynamadığını bildirib.

Təhsil ekpserti Elşən Qafarov Bizim.Media-ya müəllimlərə vahid formanın tətbiq olunması haqqında danışıb. Onun sözlərinə görə, vahid forma olmasa da, bu haqda müəyyən normativlər mövcuddur:

“2008-ci ildə təhsil sistemində işləyən təhsil verən şəxslərin geyim formaları haqqında normativlər müəyyən edilib. Amma təəssüflər olsun ki, müəyyən olunmuş normativlərə əksər məktəb müəllimləri riayət etmir. Rayon Təhsil şöbələrinin belə bu normativlərdən xəbəri yoxdur. Ona görə də düşünmürəm ki, bu gün müəllimlərin vahid formaya keçməsi düzgün addım olsun. Vahid forma əvəzinə elə bu normativlər haqqında müəllimlərin məlumatlandırılması və əməl olunması daha məqsədə uyğun olar”.

Həmçinin ekspert qeyd edir ki, normativlərə riayət etməyən müəllimlər haqqında intizam tənbehi nəzərdə tutulmalıdır:

“Qaydalara əməl olunmadığı təqdirdə intizam tənbehi nəzərdə tutulmalıdır və bu müddəa eyni zamanda müəllimlərin etik davranış qaydalarına tətbiq olunmalıdır. Etik davranış qaydalarında müəllimin istənilən halda şagirdə nümunə olmağı göstərilir.
Hazırki vəziyyətdə müəllimlərin vahid formaya keçirilməsi nəyisə dəyişdirməyəcək. Amma respublikanın ayrı-ayrı məktəblərində kollektivin öz təşəbbüsü ilə vahid formaya keçən müəllimlər də var. Bunu çox yaxşı nümunə hesab edirəm. Amma vahid forma tətbiq olunarsa yenə də heç bir mənfisi yoxdur, əksinə ümumi işin xeyrinə verilmiş qərar olar. Və uşaqların da nizam-intizamlı olmasına təsir göstərər”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO