Partlayış zamanı zərər çəkmiş şəxslərə dəyən ziyanı kim ödəyəcək? – Hüquqi CAVAB

Partlayış zamanı zərər çəkmiş şəxslərə dəyən ziyanı kim ödəyəcək? – Hüquqi CAVAB

Hazırda oxunan: Partlayış zamanı zərər çəkmiş şəxslərə dəyən ziyanı kim ödəyəcək? – Hüquqi CAVAB

67872

Aprelin 3-ü səhər saatlarında Bakının mərkəzində baş vermiş məlum partlayış nəticəsində ölən və çoxsayda yaralananlar olub. Bundan əlavə vətəndaşların əmlakına da külli miqdarda ziyan dəyib.

Baş vermiş xoşagəlməz hadisə bərabərində müəyyən sualları da gətirib. Onlardan biri də vətəndaşlara dəymiş zərərin kim tərəfindən ödəniləcəyi ilə bağlıdır.

Sözügedən mövzuda Bizim.Media-nın suallarını cavablandıran Əsabəli Mustafayev dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırıla biləcəyini vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gecə klubunda partlayış: FHN məlumat yaydı – FOTO/VİDEO


“Əlbəttə, ilk növbədə hadisə tədqiq olunmalı və hüquqi cəhətdən qiymətləndirilməli, təqsirkarın kim olduğu müəyyənləşdirilməlidir. Təqsirkar müəyyən olunduqdan sonra ona qarşı mülki iddia çərçivəsində dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırıla bilər. Həm yaralanmış şəxslər, həm həlak olmuş şəxslərin yaxınları, hüquqi varisləri bu barədə məhkəməyə müraciət edə bilərlər. Hələ istintaq dövründə sözügedən məsələ həll oluna bilər”.

Hüquqşünas prosesin hansı qaydada həyata keçiriləcəyini də izah edib:

“İstintaqın gedişində müəyyən olunacaq ki, olay bədbəxt hadisə, kiminsə səhlənkarlığı yaxud, qəsddir. Buna uyğun olaraq, istintaqın gedişində kimə qarşı ittiham elan olunacaqsa, o zaman zərərçəkmişlərə təklif olunacaq ki, qanuni qaydada cinayət işi çərçivəsində iddia qaldırsınlar”.

Qeyd edək ki, aprelin 3-ü saat 3:00 radələrində Bakının Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı məkanda, ilkin ehtimala görə qaz sızmasının səbəb olduğu partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO