Bakıda küclü külək nə vaxt səngiyəcək? – RƏSMİ CAVAB

Bakıda küclü külək nə vaxt səngiyəcək? – RƏSMİ CAVAB

Hazırda oxunan: Bakıda küclü külək nə vaxt səngiyəcək? – RƏSMİ CAVAB

67853

“Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayıb.

Onun sözlərinə görə, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək:

“Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO