Gəncədə tikintisi davam edən bir obyekt bina sakinlərinin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, sakinlər ərazidə avtoyuma məntəqəsinin inşa edildiyini iddia edirlər.
Onların sözlərinə görə, sözügedən obyekt binanın həyətinin istirahət sahəsini xeyli məhdudlaşdıracaq, operativ nəqliyyat vasitəsitələrinin hərəkətinə çətinlik yaradacaq.
Obyekt sahibi ilə əlaqə saxlamağa çalışsaq da, o, əraziyə gəlməkdən imtina edib. Şəhər icra hakimiyyətindən bildirilib ki, orada avtoyuma məntəqəsinin tikintisi üçün icazə verilməyib.
Binanın həyətində avtoyuma məntəqəsinin tikilməsi iddiaları sakinlərlə obyekt sahibini üz-üzə qoyub. Ərazidə yaşayanlar bunun yolverilməz olduğunu, obyektin binanın istirahət sahəsini zəbt etidyini iddia edirlər. Görüntülər Gəncə şəhərinin Atatürk prospektindəndir.
Sakinlər iddia edirlər ki, bu kimi tikililər xüsusi hallarda məhəlləyə daxil olmaq istəyən operativ nəqliyyat vasitələri üçün əlavə çətinliklər yaradır.
Sakinlərin iddialarına cavab vermək üçün obyektin sahibi ilə əlaqə saxlasaq da, o şifahi olaraq əraziyə gəlməyəcəyini bildirib.
Məsələ ilə bağlı Gəncə Şəhər İicra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən verilən məlumata görə, sözügedən ərazidə avtoyuma məntəqəsinin tikilməsi üçün icazə verilməyib və inşaatın dayandırılması üçün polisə müracət olunub.
Daxili işlər nazirliyinin əməkdaşı Eşqın Qasımov məsələnin məhkəmə yolu ilə həll edilə biləcəyi bildirilib.
Qeyd edək ki, yeni tikilən obyektə bərbərxana fəaliyyəti üçün texniki pasport verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:58 / 04.04.2022
Sakinlər narazıdır: Binanın həyətində tikinti aparırlar – VİDEO
Hazırda oxunan: Sakinlər narazıdır: Binanın həyətində tikinti aparırlar – VİDEO
Hazırda oxunan: Sakinlər narazıdır: Binanın həyətində tikinti aparırlar – VİDEO
67842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.