“E-manat”ın kassasından 32 000 manat oğurlandı – Göyçayda film kimi OLAY - FOTO

“E-manat”ın kassasından 32 000 manat oğurlandı – Göyçayda film kimi OLAY - FOTO

Hazırda oxunan: “E-manat”ın kassasından 32 000 manat oğurlandı – Göyçayda film kimi OLAY - FOTO

67830

Göyçay şəhəri ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, rayon sakinləri - Nizam Nuruyev, Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər.

Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO