Mingəçevirdə bir gündə müxtəlif ünvanlardan daxil olan qazdan zəhərlənmə xəbərləri şəhərdə fürsətcil insanların şayiələrinə yol açıb.
Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsinin rəisi Elməddin İbrahimovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün zəhərlənmə ilə bağlı şəhərin 14 ünvanından 17 nəfərin zəhərlənməsi ilə bağlı çağırış daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevirdə bu gün 14 nəfər dəm qazından zəhərlənib - Qeydə alınan ilk hadisə
“Bu isə bir çox fürsətcil insanların növbəti şayiələrinə yol açıb. Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb. Qazla bağlı cihazları açmayın, insanların kütləvi zəhərlənməsi halları hüdud tanımır və sairə buna oxşar xəbərlər, səs yazıları paylaşılır.
Tam qətiyyətlə bəyan edirik ki, bütün bu paylaşılanlar həqiqəti əks etdirmir və təhlükəli şayiədən başqa bir şey deyil. Bütün xidmətlərlə əlaqə saxlanılıb və mavi yanacağın adi rejimdə və normal halda abunəçilərə çatdırıldığı müəyyən olunub. Ola bilsin ki, hava şəraiti bəzi metohəssas insanlara mənfi təsir edib. Şükürlər olsun ki, zəhərləndiyi açıqlanan 17 nəfərdən kimsə ağır durumda deyil”, deyə o, qeyd edib.
Ehtiram Muradov, Bizim.Media
![“Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA “Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA](https://bizim.media/file/articles/2022/04/03/1649012501_1579338577_2e406af9-65ef-4d51-ad05-c71a5f59c102.jpg)
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 03.04.2022
“Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Guya qaza bu gün əlavə təhlükəli maddə qatılıb” xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
67811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.