“Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”

“Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”

Hazırda oxunan: “Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”

67803

“Location gecə klubunda partlayış nəticəsində 1 nəfərin öldüyü, 31 nəfərin yaralandığı bildirilir.

Yaralanan 6 nəfərin vəziyyətinin ağır olduğu deyilir. Hadisə gecə saat 03:00-də baş verib.

Partlayışa səbəb kimi maye qaz balonunun adı çəkilir. Bəs Bakının mərkəzində niyə qaz balonu istifadə edilir, çünki bizim təhlükəsizlik qaydalarına görə kommersiya obyektlərinə təbii qazın istifadəsi  qadağandır”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Samir İsmayılov özünün Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar balona üstünlük verirlər:

“Təcrübə göstərir ki, qaz balonun partlayışı daha ağır nəticələnir. Ona görə də, kommersiya obyektlərində ya birdəfəlik qazın istənilən növündən istifadəsinə qadağa qoyulmalıdır, ya da ki, təbii qaza icazə verib, ən müsir  avadanlıqlardan istifadə tələbi qoyulmalıdlr. Loru dilində desək, qaz sızıntısını xəbər verən, sızıntı zamanı qazı avtomatik söndürən detekter və s.cihazlar quraşdırılmalıdır”.

Samir İsmayılov hesab edir ki, pub və kafelərdə spirtli içkilərin satışına vaxt məhdudiyyəti qoyulmalıdır:

“Gecə saat 03:00-da, hətta Avropa paytaxtlarında spirtli içki verilmir. Cümə və şənbə axşamları maksimim saat 00:00-a kimi spirtli içkilər satılır. Pub-ın gecə işləməsi, səhərə kimi spirtlə təmin olunması anlamına gəlməməməlidir”.

Ekspert bildirib ki, hətta 5 ulduzlu otellərin pub-larında gecə saat 00:00-dan sonra spirtli içkilər yalnız nömrələrə servis olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO