\'\'Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq\'\' - TƏBİB

\'\'Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq\'\' - TƏBİB

Hazırda oxunan: \'\'Azərbaycan Türkiyə ilə eyni vaxtda peyvəndləməyə başlayacaq\'\' - TƏBİB

6772

Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə yanvar ayının əvvəlində başlayacaq.

Bizim.Media ''Anadolu'' agentliyinə istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı məlumat verib. 

Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarına eyni vaxtda peyvənd tətbiq olunacaq.

TƏBİB rəhbəri koronavirusla mübarizə protokolları və tətbiqləri ilə əlaqədar araşdırmalara başladıqlarını ifadə edib:

“Hər sahədə olduğu kimi pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə bir yola çıxacağıq. Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda peyvəndlənməyə başlayacaq. Ölkəmizdə vaksinasiya yanvar ayının əvvəlindən başlayacaq”.

Ramin Bayramlı Azərbaycanda koronavirus peyvəndinin pulsuz tətbiq ediləcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO