3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:50 / 03.04.2022
TƏBİB yaralananların sağlıq durumunu açıqladı
Hazırda oxunan: TƏBİB yaralananların sağlıq durumunu açıqladı
Hazırda oxunan: TƏBİB yaralananların sağlıq durumunu açıqladı
67716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.