Ramazan ayında toy etmək günahdır? - Elşad Miri AÇIQLADI 

Ramazan ayında toy etmək günahdır? - Elşad Miri AÇIQLADI 

Hazırda oxunan: Ramazan ayında toy etmək günahdır? - Elşad Miri AÇIQLADI 

67646

Ramazam ayı İslam dünyasının ən müqəddəs ayıdır. Artıq bu gündən etibarən ölkəmiz mübarək ayın ilk günündədir. Orucların tutulduğu, nəfsin sınandığı bir ayda toyların keçirilməsi məsələsi hər kəsdə fikir ayrılığına səbəb olur. 

Bizim.Media olaraq bu məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrəndik.

Onun sözlərinə görə, bu ayda toyların keçirilməsi üçün heç bir qadağa yoxdur: 
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada ORUC tutan xalqlar hasılardır? – “Cenevrə orucu” və 210 gün oruc tutan kort XRİSTİANLARI


"Ramazan ayı matəm, yas ayı deyil, əksinə Quran ayıdır və Quran da ölülər yox dirilər üçündür. Ramazanda toylar niyə olmasın ki? Toyların keçirilməsi üçün bu ayda heç bir qadağa qoyulmur. Evlənmək istəyən şəxslər rahatlıqla toylarını edə bilərlər sadəcə tək bu ay deyil, ümumiyyətlə bütün aylarda hər kəs haram olan əməllərdən çəkinmələri daha doğrudur".

Lakin müşahidələrə görə, bu ayda toy, şənlik mərasimlərinin sayında ötən aylara nisbətən azalma müşahidə olunur.

Restoran administratoru Azər Həsənovun da sözlərinə görə, əksər insan oruc olduğu üçün toy və şənliklərin keçirilməsinə maraq azalıb: 

"Ramazan ayına görə, artıq toylarımız azalıb demək olar ki, yox saydadır. Ad günləri, yubileylər və digər əyləncə tədbirləri isə iftardan sonra (saat 19.20-dən sonra) düzənlənir. Çoxu adətən içki məclisləri olduğu üçün əksər insan bu ayda toy eləmək marağında olmur", - deyə qeyd edən Azər bəy hər il bu aylarda eyni vəziyyəti müşahidə etdiklərini bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO