“Azərbaycan İtaliyanın mədəni irsinin qorunması üzrə bir sıra işlər görür. İtaliya da bu sahədə çalışır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
XİN başçısı ölkələr arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının nəzərdə tutulduğunu qeyd edib:
"İtaliya-Azərbaycan Universitetinin açılması istiqamətində də işlər aparılır. Bu universitetin təməlqoyma mərasimi bu gün Bakıda keçiriləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 02.04.2022
İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Hazırda oxunan: İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Hazırda oxunan: İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
67645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.