Azərbaycanda 300 min seçicinin hazırda deputatı yoxdur – MSK hansı qərarı hazırlayır?

Azərbaycanda 300 min seçicinin hazırda deputatı yoxdur – MSK hansı qərarı hazırlayır?

Hazırda oxunan: Azərbaycanda 300 min seçicinin hazırda deputatı yoxdur – MSK hansı qərarı hazırlayır?

67628

“Hər hansı bir partiya seçkilərdə iştirak etmirsə dolayısı yolla deyə bilərik ki, hakimiyyətə gəlmək istəmir” - bu sözləri Bizim.Media-ya verdiyi açıqlamasında “Ağ Partiya”nın sədri Tural Abbaslı bildirib.

O, vurğulayıb ki, partiyaların yaranma səbəbi hakimiyyətə gəlməkdir və hakimiyyətə gəlməyin yeganə qanuni yolu da seçkilərdir:

“Ağ Partiya olaraq Milli Məclisin boş qalan yerlərinə keçirilən seçkilərdə iştirak edəcəyik və çox böyük ehtimal ki, yeddi dairənin hamısına namizəd verəcəyik. İlkin hazırlıqlarımız da var. Çox təəssüf ki, seçki haqqında nə iqtidar, nə də MSK danışmır və parlament də yarımçıq fəaliyyətini davam etdirir. 125 deputat ümumilikdə Azərbaycandakı əhalinin miqyasına görə çox azdır, lakin hazırda parlament 118 deputatla öz fəaliyyətini davam etdirir. Hər dairə üzrə 50 min seçici hesablasaq, ümumilikdə görərik ki, Azərbaycanda 300 min seçicinin hazırda deputatı yoxdur”.
Tural Abbaslı bildirib ki, əgər parlamentdə boş qalan yerlərə seçkilər keçirilərsə, o, öz namizədliyini Bakıdan vermək fikirindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Hesabatı verən partiyaların adları niyə siyahıda yoxdur? – MSK səbəbi açıqladı


Bizim.Media-ya verdiyi özəl açıqlamada “Ümid” Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, “əgər qanun tələb edirsə, Parlamentin boş qalan yerlərinə seçki keçirilməlidir”.

Özünün seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə isə...

“Mən Ümid Partiyasının üzvüyəm və partiya məsləhət bildiyi təqdirdə seçkilərdə iştirak edəcəyəm. Namizədlərimiz arasında bu dəfə daha çox xanımları olması da gözlənilir”.

“Aydınlar” Partiyasının sədri  Qulamhüseyn Əlibəyli isə söyləyib ki, hazırda Milli Məclisdə boş qalan yerlərə seçkilərin keçirilməsi ehtimalı çox aşağıdır: 

“Əgər seçki olarsa, namizədlərimizin sayını konkret dairələr elan olunduqdan sonra müəyyənləşdirəcəyik. Namizədlər arasında qadınların da olacağı şübhəsizdir. O ki qaldı seçkinin keçirlməsi zəruriliyinə, seçki məcəlləsinə uyğun olaraq əgər deputat yerləri boş qalırsa, 6 ay müddətində seçkilər keçirilməlidir. Yalnız ölkədə hərbi vəziyyət elan olunduğu zaman seçkilər keçirilə bilməz. Bildiyimiz kimi, Azərbaycanda müharibə dövrü yaşandı. İndi ehtimal etmək olar ki, boş qalan yerlərə seçkilər keçiriləcək”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO