“Prezidentin bu sərəncamı mənim üçün sürpriz oldu” - Vahid Əhmədov 

“Prezidentin bu sərəncamı mənim üçün sürpriz oldu” - Vahid Əhmədov 

Hazırda oxunan: “Prezidentin bu sərəncamı mənim üçün sürpriz oldu” - Vahid Əhmədov 

67622

“Cənab Prezident İlham Əliyevin məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməsinə çox sevindim. Bu, mənim üçün sürpriz idi. Ad günümdə 75 illik fəaliyyətimə dövlət səviyyəsində bu cür qiymət verilməsindən gözəl nə ola bilər. Prezidentə bir daha təşəkkürümü bildirirəm”.

Bizim.Media xəbər verir ki, bunu Gündəm.az-a açıqlamasında bu gün 75 yaşını tamam edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Vahid Əhmədovla bağlı SƏRƏNCAM imzaladı


O, hakimiyyətdə olan bütün iqtidarlarla yaxşı münasibətdə olmasını xarakterilə əlaqələndirib:

"Təbitə etibarı ilə hər kəslə dil tapan adamam. Zavod direktoru işləyəndə on minlərlə insanlarla ünsiyyətdə olmuşam. Zavod həyatı mənə çox kömək oldu. Harada olmağımdan asılı olmayaraq işləyən adamam. Millətə, dövlətə xidmət etməyə çalışmışam. İstəmişəm ki, dövlətimiz, millətimiz güclü olsun, müstəqilliyimiz əbədi olsun”.

Vahid Əhmədov 75 yaşını Qubada ailə üzvlərilə birlikdə qeyd edəcəyini dedi:

“Ailə üzvlərim, nəvələrim, digər qohumlarımla birgə Qubada doğum günümü qeyd edəcəm”.

Millət vəkili bundan sonrakı fəaliyyətində ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirdi: “Gərək bundan sonra da elə yaşayım, elə işləyim ki, mənə göstərilən etimadı, məndən gözləntiləri doğruldum. “Gündəm.az” saytına da təşəkkür edirəm ki, ad günümdə məni yada saldı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO