Dələduzluq və cinayətlərdə təqsirləndirilən Sədi Nəcimətdinovun məhkəməsi başlayır.
Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azər Paşayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
MÖVZU İLƏ BAĞLI:
Anası və bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Qeyd edək ki, S.Nəcimətdinovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Baş Prokurorluğun İstintaq idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiya ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin ilin dekabr ayının 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəcimətdinov Rusiyadan Azərbaycana ekstradisiyası olunub.
Bizim.Media