Bir evin torpaq altında qaldığı Lerik rayonunun Lərmərud kəndində digər əraziləri üçün real təhlükə yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Nazirliyin ekspedisiya qurupu hadisə yerinə baxış keçirib.
MÖVZU İLƏ BAĞLI:
Lerikdəki sürüşmə zonasında daha 5 ev var - Əraziyə baxış keçirildi
“Ərazidə zəruri monitorinq və təftişlər aparılıb. Orada 200 m uzunluğu, 150 m eni olan sürüşmə kütləsi qeydə alınıb. Sürüşmənin baş hissəsində 30-70 sm enində yarılmalar var. Burada tektonik pozulma zonaları var ki, sürüşmənin səbəbi də bilavasitə bu yarılma hissəsindən başlayır. Hazırda ümumi axan kütlənin uzunluğun 80 metrə yaxındır”.
Xidmət rəisi onu da əlavə edib ki, kəndin digər əraziləri üçün real təhlükə yoxdur. Proses tam stabilləşməsə də dinamik aktivlik müşahidə edilmir.
Sürüşən kütlənin qalınlığı azdır. İntensiv yağışlar olarsa, bu sürüşmə kütləsinin baş hissəsində zəif aktivləşmələr müşahidə edilə bilər.
Qeyd edək ki, martın 30-u Lerik rayonunun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.
Bizim.Media