ABŞ səfiri Lənkəranda səfərdə olub - FOTO 

ABŞ səfiri Lənkəranda səfərdə olub - FOTO 

Hazırda oxunan: ABŞ səfiri Lənkəranda səfərdə olub - FOTO 

67518

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örli Litzenberger bu gün Lənkərana tanışlıq səfərinə gəlib.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, səfir səfər proqramı çərçivəsində əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

Görüş zamanı ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edən İcra başçısı rəsmi qonağa rayonun tarixi, cöğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə də ətraflı məlumat verib.  

Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkür edən səfir Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirib və bu siyasətin ABŞ-la Azərbaycan arasındakı əlaqələrin etibarlı partnyorluq səviyyəsinə yüksəltməyindəki rolunu xüsusi qeyd edib.

Qonaq Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin bundan sonra da davam edib möhkəmlənməsinə səy göstərəcəyini bildirib.  

Sonra səfir Lənkəran Dövlət Universitetinə baş çəkərək rektor, bir qrup müəllim və tələbələrlə görüşüb, orada yeni təşkil olunan Amerika Guşəsinin, eləcə də universitetin nəzdində ABŞ-ın USAİD qeyri-hökumət təşkilatının komputer mərkəzinin açılışında iştirak edib.  

Litzenberger Lənkəran Dövlət Universitetinin II saylı tədris korpusunda yaradılmış Amerika guşəsinin açılış mərasimdə də iştirak edib. Açılış mərasimini universitetin rektoru, professor Natiq İbrahimov açaraq hörmətli qonağın LDU-ya səfərini, bu günkü tədbirin məramını yüksək dəyərləndirib.  

Rektor Amerika guşəsini məhz Lənkəran Dövlət Universitetində yaratdıqlarına görə cənab səfirə minnətdarlıq edib. 
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer LDU ilə bağlı xoş təəəssüratını tədbir iştirakçıları ilə bölüşərək burada gördüklərindən məmnun qaldığını deyib, yeni açılacaq guşəni Amerika-Azərbaycan münasibətlərinin təməl daşı adlandırıb:

“Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO