Elmar Məmmədyarov nazirliyin kadr siyasətindən DANIŞDI - “Qohumlardan qaçmaq mümkün deyil”

Elmar Məmmədyarov nazirliyin kadr siyasətindən DANIŞDI - “Qohumlardan qaçmaq mümkün deyil”

Hazırda oxunan: Elmar Məmmədyarov nazirliyin kadr siyasətindən DANIŞDI - “Qohumlardan qaçmaq mümkün deyil”

67509

“Hər kəsin öz qohumu var. İstər yaxın, istər uzaq qohum olsun, qohumlardan qaçmaq mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən Xarici İşlər Nazirliyində kadr siyasəti zamanı məmur övladlarının vəzifəyə gətirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan 10 milyon əhalisi olan balaca ölkədir:

“Biz vaxtilə Xarici İşlər Nazirliyinə kadrları imtahan vasitəsilə işə götürürdük. Xeyli yaxşı kadrlar var. Amma yaxşı bilirsiniz ki, Azərbaycanda qohumluqdan qaçmaq mümkün olmur”.

Azərbaycan diplomatiyasının uğurları barədə danışan sabiq nazir qeyd edib ki, məqsədimiz dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın bir hissəsi olmasını çatdırmaq idi:

“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra Azərbaycan diplomatiyasının əsas məqsədi beynəlxalq ictimaiyyət, təşkilatlarla ikitərəfli əlaqələr yaratmaq olub. Biz buna nail ola bildik və heç kimdə Qarabağın Azərbaycanın bir hissəsi olduğu ilə bağlı hansısa şübhənin yaranmasına imkan vermədik.

Bütün bunlar özünü 44 günlük Vətən müharibəsində göstərdi. Fransa Senatı Azərbaycanın əleyhinə qətnamə qəbul etsə də, hökumət tam şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirdi”.
“Öz işimi və diplomatların fəaliyyətini qiymətləndirməyimi istəyirsinizsə, deyim ki, nöqsanlar hər yerdə var. Nöqsanlar olmadan işləmək olmur. Amma azərbaycanlı diplomatlar yaxşı işləyiblər ki, müharibə başlayanda heç bir ölkədə Azərbaycanın öz torpaqlarını azad etməsinə dair heç bir sual yaranmadı”, - E.Məmmədyarov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO