Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək göstərmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Kamboca Milli Minatəmizləmə Agentliyinin direktoru Somaci Krak deyib.
O qeyd edib ki, Kamboca Milli Minatəmizləmə Agentliyi Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə Azərbaycanda minatəmizləmə işində Azərbaycana yardım etməyi nəzərdə tuturlar.
“Əldə etdiyimiz təcrübənin mübadiləsinə böyük önəm veririk. Hesa edirəm ki, bu, Azərbaycan üçün faydalı ola bilər”, - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 01.04.2022
Daha bir ölkədən minatəmizləmə işində Azərbaycana dəstək
Hazırda oxunan: Daha bir ölkədən minatəmizləmə işində Azərbaycana dəstək
Hazırda oxunan: Daha bir ölkədən minatəmizləmə işində Azərbaycana dəstək
67474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.