Bu şəxslərə uşaqpulu veriləcək

Bu şəxslərə uşaqpulu veriləcək

Hazırda oxunan: Bu şəxslərə uşaqpulu veriləcək

6742

Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilib.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Sosial müavinətlər haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO