Sizi kim təngə gətirir? – Tərsmütənasib BÜRCLƏR

Sizi kim təngə gətirir? – Tərsmütənasib BÜRCLƏR

Hazırda oxunan: Sizi kim təngə gətirir? – Tərsmütənasib BÜRCLƏR

67367

Bürclərin bəzi xüsusiyyətləri onları dözülməz şəxsə çevirir. Lakin hər bürc üçün “arzuolunmaz” olan şəxslər var ki, onlar daha çox yorucu olurlar.

Bizim.Media hər bürc üçün ən yorucu tərəf müqabillərini təqdim edir: 

Qoç – Şir

Qoçları diqtə etməyə öyrəşmiş şəxslər daha çox yorur. Doğrudur, qoçlarla şirlərin fikirləri əksər hallarda üst-üstə düşür, lakin aslanların dominant xarakteri qoçların tərsliyi ilə ortaq nöqtəyə gələ bilmir.

Buğa – Oxatan 

Qərarlı buğalar üçün oxatanların  davranışları daha çox yorucudur. Belə ki, öz istəklərindən əmin və tənbəl xarakterə malik buğaları oxatanların macərapərəst və dağınıq fikirli olmaları təngə gətirir. Bu bürcün nümayəndələri oxatanlara öz fikirlərini izah etməkdən aciz qalırlar.

Əkizlər – Qız 

Əkizlər daha çox yorucu tərəf kimi çıxış edirlər. Lakin əkizlər heç kimin onları asanlıqla yormalarına izn vermirlər. Lakin qızlar bunu bacar bilər. Çünki qızların xırda detallara çox önəm verməsi qərarsız əkizləri bezdirir.

Xərçəng – Dolça

Duyğuları ilə hərəkət edən xərçəngləri hissləri dəyişkən dolçalar yorur. Çünki onların hissləri heç vaxt üst-üstə düşmür. Xərçənglər hisslərinə çox önəm versələr də, dolçalar ciddi duyğulardan qorxurlar.

Şir – Oğlaq 

Şirlər istədikləri kimi yaşamağa öyrəşiblər. Oğlaqlar isə onların bu enerjilərini boğurlar. Oğlaqlar üçün bəzi prinsiplər dəyişməzdir. Şirlər isə bu vəziyyəti qəbul edə bilmədikləri üçün oğlaqlarla münasibətdə tez yorulurlar.

Qız – Balıq

Qızlar adətən yoran tərəfdə olurlar. Çünki onlar hər şeyə qarışırlar. Lakin qızları nəzarətdə saxlamağı bacarmadıqları insanlar yorur. Balıqların xəyalpərəstliyi və qərarsızlıqları qızlar üçün yorucudur.

Tərəzi – Qoç

Tərəzilər məsuliyyətdən qaçan bürclər üçün yorucudurlar. Tərəziləri isə ən çox qoçlar yorur. Doğrudur, tərəzilər nadir hallarda yorulduqlarını hiss etdirirlər, lakin qoçların tərsliyi onları təngə gətirməyi bacarır.

Əqrəb – Dolça

Əqrəblər də adətən yoran tərəfdə olurlar. Çünki hər şeyin istədikləri kimi olmasını istəyirlər. Lakin hər kəs onları asanlıqla yora bilər. Bu siyahıya dominantlığı qəbul etməyən və həyata ciddi baxmayan dolçalar başçılıq edir.

Oxatan – Buğa

Oxatanlar nadir hallarda yorulur. Çünki onlar pisliyi, yorğunluğu qəbul etmirlər. Lakin yorulduqları və onları qəliblərə salmaq istəyən buğalar oxatanlar üçün qəbuledilməz tərəfdaşdır.

Oğlaq – Əkizlər

Oğlaqlar da yoran bürclərdir. Lakin onları da təngə gətirmək asandır. Bir çox bürclər oğlaqları yormağı bacarsa da, əkizlər bunu daha yaxşı bacarır. Oğlaqların qərarlılığı və əkizlərin qərarsızlığı heç vaxt ortaq nöqtədə birləşə bilmir.

Dolça – Şir

Dolçalar nadir hallarda yorulurlar. “Xəstə” düşüncəli, çox danışan, dominant bürclər dolçaları təngə gətirə bilər. Şirlər bunu bacarır. Əgər bir yerdə şirlər varsa, dolçalar çox tez sıxılaraq qaçmağa çalışırlar.

Balıq – Xərçəng

Balıqlar yorulduqlarını etiraf etmirlər. Lakin təngə gəldikləri anda səssiz-səmirsiz gedirlər. Maraqlıdır ki, arzularla yaşayan balıqları, hissləri ilə hərəkət edən xərçənglər “boğur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO