31 mart soyqırımı dünyada niyə tanınmır? – ARAŞDIRMA

31 mart soyqırımı dünyada niyə tanınmır? – ARAŞDIRMA

Hazırda oxunan: 31 mart soyqırımı dünyada niyə tanınmır? – ARAŞDIRMA

67361

Bu gün dəhşətli mart hadisələrinin başladığı tarixdən 104 il ötür. Bu 104 il ərzində beynəlxalq aləmdə hələ də heç bir hüquqi dövlət və ya təşkilat 30 mart-3 aprel tarixlərində Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktını tanımayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanlıların Soyqırımı gününə ilk siyasi qiymətin verilməsi Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olunması ilə əlaqədardır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür


Ondan sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb.

Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. 

Daha sonralar 31 mart soyqırımı ilə bağlı Azərbaycan xaricində məlumatlılığın artırılması üçün 2009-cu il Niderlandın Rotterdam və Türkiyənin İzmir şəhərində etiraz aksiyaları keçirilib.

Azərbaycanlıların Soyqırımı gününün taleyüklü dəyər görməsi isə həmin ildə ABŞ-ın Nevada ştatının qubernatoru Cim Qibbonsunun 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə ştat daxilində matəm elan etməsi ilə baş tutub.
Xatırlatmaq lazımdır ki, Nevada ştatı Xocalı faciəsini də tanıyanlar siyahısında yer alıb.

Təəssüf ki, Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Azərbaycanlılar üçün tarixin qanlı səhifəsinə çevrilmiş faciəvi hadisələri nə qədər işıqlandırsaq da, yuyulmuş beyinləri təzələmək çox çətindir. Ümid edək ki, bu istiqamətdə siyasi və hüquqi çəkisi olan işlər bir gün ilahi ədalətlə qarşılaşacaq. Əgər beynəlxalq ədalət deyilən bir məfhum işləyirsə...

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO