Ermənilərin vəhşiliklərindən bəhs edən bukletlər 8 dildə çap edildi - FOTO

Ermənilərin vəhşiliklərindən bəhs edən bukletlər 8 dildə çap edildi - FOTO

Hazırda oxunan: Ermənilərin vəhşiliklərindən bəhs edən bukletlər 8 dildə çap edildi - FOTO

67348

Quba Soyqırımı Memorial Kompleksində soyqırım muzeyində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi iyrənc hadisələrdən bəhs edən bukletlər 8 dildə  çap edilib.

Bizim.Media xəbər verir ki, bu gün keçirilən anım mərasimində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin rəisi Azad Cəfəfli Quba RİH başçısı Ziyəddin Əliyevə bukletlərin Ukrayna dilində də cap olunacağını deyib. Rayon rəhbəri məlumatı müsbət qarşılayıb.

Bildirilib ki, indiyədək soyqırıma həsr olunmuş buketlər Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb, fars  dillərində çap olunub və bura gələn yerli və əcnəbi turistlərə paylanılıb.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova Bizim.Media-ya açıqlama verib ki, Ukraynanın və Belarusun soyqırım muzeyləri ilə əməkdaşlıq edilir:

“İstərdik ki, ermənilərin törətdiyi acı həqiqətlərdən ukraynalılar da ətraflı xəbər tutsunlar”.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO