Qənirə Paşayeva şəhidin adını daşıyan məktəblə bağlı hökumətə müraciət etdi

Qənirə Paşayeva şəhidin adını daşıyan məktəblə bağlı hökumətə müraciət etdi

Hazırda oxunan: Qənirə Paşayeva şəhidin adını daşıyan məktəblə bağlı hökumətə müraciət etdi

67334

Millət vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemlərlə maraqlanıb. Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməyə çağırıb. Məktəbin direktoru Mehman Məmmədov və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Şəhid Nağı Əmiraslanov adına məktəb binasının 1924-cü ildə tikildiyini, artıq 91 ildir fəaliyyət göstərdiyini və məktəbin binasının vəziyyətinin təhsil üçün artıq çox yararsız olduğunu deyən millət vəkili Qənirə Paşayeva ən böyük kəndlərdən biri olan Düz Qırıqlı kəndində şəhidimiz Nağı Əmiraslanovun adını daşıyan yeni məktəbin tikintisi üçün hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO