Təhsil Nazirliyindən Naxçıvanda məktəbdə baş verən qəza ilə bağlı AÇIQLAMA 

Təhsil Nazirliyindən Naxçıvanda məktəbdə baş verən qəza ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Təhsil Nazirliyindən Naxçıvanda məktəbdə baş verən qəza ilə bağlı AÇIQLAMA 

67317

Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olduğu ilə bağlı xəbərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumatın həqiqəti əks etdirmədiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda məktəb binası çökdü: Ölənlər və yaralananlar var


“Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər”. 

Qurum rəsmisi qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb. 

Xatırladaq ki, Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində təmir zamanı bina çöküb. Hadisə nəticəsində 3 nəfərin öldüyü, bir neçə yaralının olduğu deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO