Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başladı - FOTO

Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başladı - FOTO

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başladı - FOTO

67298

Səhər saat 10-dan Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başlayıb.

Bizim.Media xəbər verir ki, Quba RİH-in başçısı Ziyəddin Əliyev və müavinlərı, DTX-nın rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra Quba Soyqırımı Memorial Kompleksində 1918-ci ildə Qubada ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc insanların xatirəsinə salınmış abidəni ziyarət  edib, ruhlarını anıblar.
Qonaqlar foto və kitab sərgisi, erməni vəhşiliyini sübut edən soyqırım muzeyilə tanış olublar.

Soyqırım muzeyində Quba RİH başçısı Ziyəddin Əliyev Mədəniyyət Nazirliyinin Xidmət rəisi Azad Cəfərliyə təklif verib. O, yerli şair Ramiz Qusarçaylının məşhur "Azərbaycan Bayrağı" şeirinin Soyqırım muzeyində əbədiləşməsini istəyib:

"Bu şeir dərsliklərimizə salınıb, Zəfər paradında səsləndirilib. Yaxşı olar ki, muzeyə gələnlər də bunu görüb duyğulansınlar".

Sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi  Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir  baş tutub. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO