Xəbər verdiyimiz kimi, dünən Lerik rayonunun Lərmərüd kəndində 300-400 metr yuxarıda olan qalın torpaq qatı aşağıya doğru sürüşüb. Nəticədə kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus yamacda yerləşən 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov torpaq altında qalıb.
Bizim.Media xəbər verir ki, Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.
MÖVZU İLƏ BAĞLI:
Lerikdə sürüşmə - Yaşayış evi torpaq altında qaldı
Sürüşmənin baş verdiyi Lərmərüd kəndində əraziyə yaxın daha 5 ev var.
Rayon Fövqəladə Hallar üzrə komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub.
Əraziyə baxış keçirilib, lazımi prosedurlar həyata keçiriləndən sonra ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən olunacaq.
Bizim.Media