5 saniyəyə 500 ev necə SATILDI? – MİDA “açıq alver”ə niyə SUSUR?

5 saniyəyə 500 ev necə SATILDI? – MİDA “açıq alver”ə niyə SUSUR?

Hazırda oxunan: 5 saniyəyə 500 ev necə SATILDI? – MİDA “açıq alver”ə niyə SUSUR?

67155

Xəbər verildiyi kimi bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatıb. MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığının şahidi olublar.

Bəziləri mətbuata şikayətlərində onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarmasının mümkünsüz olduğunu bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

MİDA 500-ə yaxın mənzili 4 saniyədə "satıb": MAKLERLƏR İŞİ BİZNESƏ ÇEVİRİBLƏR 


Həmçinin satışın şəffaf keçirilmədiyini və ədalətsiz seçim aparıldığını qeyd ediblər. “Açıq alver” kimi qiymətləndirilən bu addım ictimaiyyətdə birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də etirazını dilə gətirib. O, xatırladıb ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Eyni zamanda özü də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləyib. Hətta prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər də təqdim edib. Amma nədənsə bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməyib. 

Qeyd edək ki, MİDA bu gün baş tutan satışla bağlı narazılıqlar haqqında ətraflı məlumat verməyib. 
 

Bu səbəbdən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Diana Dadaşova onlara email sorğu ilə müraciət etməli olduğumuzu bildirib. 


İctimaiyyətdə ciddi əks-səda doğuran məsələyə heç bir reaksiya verməyən MİDA rəsmisi operativliyi nəzərə almadan “sorğular çoxdur, çalışarıq cavablandırarıq” deyə cavab verib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO