Baş Prokurorluqdan mart soyqırımı ilə bağlı AÇIQLAMA 

Baş Prokurorluqdan mart soyqırımı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Baş Prokurorluqdan mart soyqırımı ilə bağlı AÇIQLAMA 

67148

“Soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb”. 

Bizim.Media xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, bu faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir. 

Elçin Məmmədov vurğulayıb ki, bu dəhşətli hadisə miqyasına və amansızlığına görə, təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir:

“Həmin günlərdə azğınlaşan erməni qüvvələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmələr həyata keçirib. 

Dinc sakinlər etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 50 mindən çox sakin erməni faşizminin qurbanı olub”. 
O xatırladıb ki, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 26 may 2010-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: 

“İstintaq nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən artıq insan cəsədinin qalıqlarının olduğu müəyyən edilib. Onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara, qalanlarının isə yaşlı kişilərə aid olduğu müəyyənləşdirilib”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO