Bakıda “Uşaq Kitab Festivalı” keçiriləcək – 2 gün davam edəcək 

Bakıda “Uşaq Kitab Festivalı” keçiriləcək – 2 gün davam edəcək 

Hazırda oxunan: Bakıda “Uşaq Kitab Festivalı” keçiriləcək – 2 gün davam edəcək 

67123

2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçiriləcək.  

Bizim.Media birliyə istinadən xəbər verir ki, “#kitablaböyüyək” haştaqı altında baş tutacaq sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.  

Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində baş tutacaq.

Mərasimə təhsil naziri Emin Əmrullayev də qatılacaq. Tədbirdə, həmçinin Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı  Suat Turqutun imza mərasimi təşkil ediləcək. 
Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının  təqdimat və imza günləri olacaq.  

Onu da bildirək ki, “Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO