Ermənistan kütləvi məzarlıqların koordinatlarını niyə vermir? – Ya xoşluqla, ya da... - VİDEO

Ermənistan kütləvi məzarlıqların koordinatlarını niyə vermir? – Ya xoşluqla, ya da... - VİDEO

Hazırda oxunan: Ermənistan kütləvi məzarlıqların koordinatlarını niyə vermir? – Ya xoşluqla, ya da... - VİDEO

67108

Xəbər verdiyimiz kimi, martın 27-də Azərbaycan Silhalı Qüvvələrinin Qarabağ iqtisadi rayonu ərazisində apardığı dislokasiya fəaliyyəti nəticəsində Xocalı rayonunun Fərrux kəndi ordumuz tərəfindən nəzarətə götürülüb. Cəmi iki gün sonra martın 29-da isə kənd ərazisində erməni cinayətlərinin bariz nişanəsi olan insan qalıqları aşkarlanıb.

Təbii ki, Birinci Qarabağ savaşında erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq cinayətləri hər kəsə bəllidir.

Bu əməllərin izləri isə Qarabağ torpağında yatmaqdadır. Xüsusilə də, keçmiş Dağlıq Qarabağ ərazisində bu cür cinayətlərin sübutu olan kütləvi məzarlıqların mövcudluğu şahid ifadələri və bölgənin Azərbaycanın nəzartində olan zonalarında aparılan araşdırmalar nəticəsində meydana çıxıb.

Eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası I Qarabağ müharibəsi dövründə azərbaycanlıların qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması ilə bağlı məlumatlı olduqlarını qeyd ediblər.

Erməni cinayətləri tarix məzarlığına dəfn olunmayacaq!

Qeyd etməliyik ki, itkin düşmüş vətəndaşlarımızın taleyi və Qarabağdakı kütləvi məzarlıqlar məsələsi Azərbaycan tərəfindən daimi olaraq beynəlxalq ictimaiyyət qarşısında qabardırılır. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kütləvi məzarlıqlar məsələsi beynəlxalq səviyyədə dəfələrlə qabardılıb. 

Xatırlatmaq yerinə düşər ki, cari ilin fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdü. Hətta buna qarşılıq olaraq, Azərbaycan 8 erməni əsirini də qarşı tərəfə təhvil verib.
 

MÖVZU İLƏ BAĞLI:

Fərrux yüksəkliyində tapılan meyit qalıqları müayinədən keçiriləcək 


Lakin sonradan rəsmi İrəvan hər zamankı ritorikasına sadiq qalaraq vədinə xilaf çıxdı. Bununla da Ermənistan 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasını və müvafiq beynəlxalq hüquqi normalar kobudcasına pozub. Əksinə, Azərbaycan tərəfi isə 44 günlük müharibədən sonra 1700-dən çox erməni cəsədinin qalıqlarını Ermənistana təhvil verib.

İrəvanın kütləvi məzarlıqların koordinatlarını Azərbaycana təhvil verməkdən boyun qaçırmasının səbəbləri də bəllidir:

1. Beynəlxalq arenada Ermənistanın siyasi nüfuzuna ağır zərbə vurulacaq;

2. Erməni diasporunun uzun illərdir apardığı təbliğata inanan tapılmayacaq;

3. Kütləvi məzarlıqların yeri ilə birlikdə, İrəvanın bu cinayətləri törədən şəxslərin də qanun qarşısına çıxarılmasını təmin etməlidir. Bu da Paşinyanı Ermənistan siyasi arenasında aktiv fəaliyyətini davam etdirən terrorçuları Azərbaycana təhvil verməyə məcbur edəcək.

Ya xoşluqla, ya da...

Ermənistanın öhdəlik götürdüyü vaxtdan 2 aya yaxın müddət keçməsinə baxmayaraq rəsmi İrəvan hələ də bu istiqamətdə əməli addımlar atmayıb. Lakin təcrübəmiz onu göstərir ki, Ermənistan heç yazılı formada imzaladığı sənədlərin müddəalarını belə yerinə yetirmir. Eyni zamanda mina xəritələri ilə bağlı verilən sözlərin də hansı səviyyədə yerinə yetirildiyinə şahid olmuşuq. İrəvanın bu cür addımları səbəbindən kütləvi məzarlıqlarla bağlı verilən sözlərin də könüllü yerinə yetiriləcəyi ehtimalı xeyli aşağıdır. Bu isə sülh prosesinə ciddi zərbə vuran amillərdən biridir. 
 

Lakin rəsmi Bakı problemi ən yüksək səviyyədə beynəlxalq miqyasda diqqətdə saxlamağa davam edir. Bu da onu deməyə əsas verir ki, İrəvan gec-tez verdiyi sözə əməl etməyə ya məcbur olacaq, ya da məcbur ediləcək.


Xatırladaq ki, Birinci Qarabağ savaşı nəticəsində 4 mindən çox azərbaycanlı itkin düşmüş hesab olunur. Onların mütləq əksəriyyətinin sistematik şəkildə qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunduqları düşünülür.

Murad Əhmədov, Bizim.Media 
 


 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO