Fərrux yüksəkliyində tapılan meyit qalıqları müayinədən keçiriləcək 

Fərrux yüksəkliyində tapılan meyit qalıqları müayinədən keçiriləcək 

Hazırda oxunan: Fərrux yüksəkliyində tapılan meyit qalıqları müayinədən keçiriləcək 

67106

“Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsindən bugünədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

O qeyd edib ki, torpaqların işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib:

“Aparılan tədqiqatlar müəyyən edir ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir”. 

Nazir müavini vurğulayıb ki, artıq Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO