Qubada 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Soyqırım:Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda elmi-praktik konfrans işə başlayıb.
Bizim.Media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə Quba şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tərgüllər düzüblər. Sonra Quba soyqırım Memorial Kompleksi ziyarət olunub.
Elmi-praktik konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıb.
Quba İH başçısı Ziyəddin Əliyev "Soyqırım Memorial Kompleksi": azərbaycanlılara qarşı törədilən soyqırım qan yaddaşı kimi", Baş Prokurorun 1-ci müavini Elçin Məmmədov azərbaycanlılara qarşı törədilən soyqırım cinayətləri: istintaq və nəticələri" mövzularında məruzə ediblər.
YAP sədrinin müavini Tahir Budaqov jurnalistlərə dövlət səviyyəsində Azərbaycanın məruz qaldığı soyqırım cinayətlərinin beynəlxalq miqyasda aparılan təbliğatın uğurla davam etdiyini deyib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 30.03.2022
Qubada soyqırımla bağlı konfrans işə başladı - FOTO
Hazırda oxunan: Qubada soyqırımla bağlı konfrans işə başladı - FOTO
Hazırda oxunan: Qubada soyqırımla bağlı konfrans işə başladı - FOTO
67103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.