Data elminin əsaslarını öyrənmək istəyən tələbələrin NƏZƏRİNƏ: Aprelin 5-dək… 

Data elminin əsaslarını öyrənmək istəyən tələbələrin NƏZƏRİNƏ: Aprelin 5-dək… 

Hazırda oxunan: Data elminin əsaslarını öyrənmək istəyən tələbələrin NƏZƏRİNƏ: Aprelin 5-dək… 

67077

Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək “Süni intellekt və data elmi” intensiv təlim proqramına qeydiyyat davam edir. 

İnstitutdan Bizim.Media-ya bildirilib ki, məqsəd ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməkdir.  

Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahənin ekspertləri tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcək və data elminin əsaslarını dərindən mənimsəyəcəklər. 

Proqram ingilis dilində tədris olunacaq. Təlim proqramında iştirak etmək üçün namizədlərdən yaxşı səviyyədə ingilis dili bacarıqlarının, riyazi biliklərinin, STEM ixtisaslarında təhsil alması və data elminə maraqlı olması tələb edilir.

Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavr, magistr tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. 

Data elminin əsaslarını öyrənmək və gələcəkdə peşəkar data mütəxəssisi olmaq istəyən tələbələr aprelin 5-dək qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar.
İştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur. Proqramla bağlı daha ətraflı məlumat almaq üçün institutun Təhsildə innovasiyalar şöbəsi ([email protected]) ilə əlaqə saxlamaq mümkündür. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO