Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Təhsil Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, Azərbaycan Respublikasının "Ümumi təhsil haqqında" Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.
"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə, açıqlamada qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 30.03.2022
Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə veriləcək? - RƏSMİ CAVAB
Hazırda oxunan: Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə veriləcək? - RƏSMİ CAVAB
Hazırda oxunan: Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə veriləcək? - RƏSMİ CAVAB
67059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.