Model özbəklərlə qazaxları bir-birinə vurdu - 1,5 milyon bəyənmə aldı - FOTO 

Model özbəklərlə qazaxları bir-birinə vurdu - 1,5 milyon bəyənmə aldı - FOTO 

Hazırda oxunan: Model özbəklərlə qazaxları bir-birinə vurdu - 1,5 milyon bəyənmə aldı - FOTO 

6705

"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun nişanlısı, model Corcina Rodriqez əl işi olan geyimdə fotosunu yayımlayıb. Onun bu paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Bizim.Media bildirir ki, şəkildə model mavi kombinezonda və qızıl rəngli mavi məxmər paltoda əks olunub.

Əvvəlcə Rodriqez paltonun Qazaxıstanda istehsal olunduğunu qeyd etmişdi. Bununla əlaqədar olaraq, postun altından qazaxlardan çoxlu müsbət şərhlər yazıldı.

Lakin qısa müddət sonra model fotonun altındakı şərhini dəyişdi: məlum oldu ki, geyim Özbəkistanda tikilib. Bu dəfə də Özbəkistandan olan pərəstişkarları ona tərif yazmağa başladılar. Qazaxlar isə modeli tənqid etdilər və əvvəllər yazılmış şərhləri silməyə başladılar.

Cazibədar modelin bu paylaşımı 1,5 milyondan artıq bəyənmə, 30 mindən artıq şərh alıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO