Siyasi partiyaların NƏZƏRİNƏ: MSK-ya hesabat vermə müddəti başa çatır

Siyasi partiyaların NƏZƏRİNƏ: MSK-ya hesabat vermə müddəti başa çatır

Hazırda oxunan: Siyasi partiyaların NƏZƏRİNƏ: MSK-ya hesabat vermə müddəti başa çatır

67047

Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Bizim.Media xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
İndiyədək isə qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Müsavat Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası (MCP), “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, “Qorqud” Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Müasir Musavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Müstəqil Xalq Partiyası (MXP), “Ana Vətən” Partiyası (AVP), Demokratik İslahatlar Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Ədalət” Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Respublikaçılar Partiyası.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO