Qida məhsullarının üzərində olan etiket məlumatlarının dolğunluğu və məhsulun tərkibinin məhz verilən məlumatlara uyğun olması alıcıları narahat edən əsas məsələlərdəndir. Məsələn, marketdə gördüyümüz məhsulun üzərində “müalicəvi su” yazılıb. Bu, məhsulun dərman vasitəsi olduğunu göstərir?
Bizim.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədr müavini Pərvin Abbasov məsələ ilə bağlı İctimai TV-yə danışıb.
“Bu, qida məhsuludur əslində, dərman deyil. Dərmanlar bildiyimiz kimi, yalnız aptekdə satıla bilər. Gördüyünüz məhsul isə qida olduğundan və marketdə satıldığından dolayı müalicəvi məhsul adı altında təqdim edilə bilməz”, - deyə o bildirib.
Qanunvericiliyə əsasən, alıcılar qida məhsulu haqqında məlumat əldə etmək imkanına sahib olmalıdır. Bunun üçün qida məhsullarının üzərindəki etiket məlumatları həm də nisbətən iri hərflərlə yazılmalıdır.
“Gördüyünüz kimi, burada müəyyən bir hissədə hərflər iridir, etiket məlumatının əksər hissəsində isə hərflər nisbətən kiçikdir. Bunu oxumaq üçün bizə lupa lazımdır. Təbii ki, istehlakçı üzərində lupa gəzdirmir. Məhsulların üzərindəki məlumatlar aydın şəkildə yazılmalıdır ki, istənilən istehlakçı bunu oxuya bilsin”, - deyə Pərvin Abbasov əlavə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı qəbul ediləcək yeni qanun layihəsi çərçivəsində müvafiq məsələləri tənzimləyəcək.
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsində vacib müddəalardan biri də qida məhsullarının etiket məlumatlarına dair tələblərdir:
“Məhsulun tərkib göstəricilərinin etiket məlumatlarına uyğunluğu məsələsinə dövlət tərəfindən nəzarət ediləcək. Yəni saxtalaşmanın qarşısının alınması əsas hədəfi təşkil edir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:58 / 30.03.2022
Qida məhsulları ilə bağlı yeni qanun nəyi dəyişəcək? - VİDEO
Hazırda oxunan: Qida məhsulları ilə bağlı yeni qanun nəyi dəyişəcək? - VİDEO
Hazırda oxunan: Qida məhsulları ilə bağlı yeni qanun nəyi dəyişəcək? - VİDEO
67035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.