2020-ci ildə onları itirdik - Siyahı- FOTO

2020-ci ildə onları itirdik - Siyahı- FOTO

Hazırda oxunan: 2020-ci ildə onları itirdik - Siyahı- FOTO

6700

Artıq 2020-ci ilin bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz ildə sənət aləminin bir çox siması dünyasını dəyişib.

Bizim.Media 2020-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

Əməkdar artist Almaz Mustafayeva bir neçə gün əvvəl 71 yaşında vəfat edib.

Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib.

Xalq artisti Səfurə İbrahimova uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Bu il dünyasını dəyişənlər arasında şair, bəstəkar İsmayıl Dadaşov da yer alıb.

Əməkdar artist Atabala Səfərov 71 yaşında vəfat edib.

Ağır xəstə olan meyxanaçı Vüqar Biləcəri bu ilin avqustunda vəfat edib.

"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov 42 yaşında dünyasını dəyişib.

Klarnet ifaçısı Fikrət Əşrəfoğlu iyulda vəfat edib. O sirrozdan əziyyət çəkirdi.

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov da 2020-ci ildə itirdiklərimiz sırasındadır.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasından vəfat edib.

Xalq artisti Teymur Mustafayev də bu il dünyasını dəyişən sənət adamlarındandır. Teymur əmi koronovirus infeksiyasına yoluxub.

"O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Xalq artisti Rafiq Əliyev bu il vəfat edib. Aktyor 70 yaşında həyatla vidalaşıb.

Xalq artisti Rafael Dadaşov da 2020-ci ildə dünyasını dəyişib. Aktyor uzun müddət xəstə olub.

2020-ci ildə itirdiklərimiz arasında Xalq artisti Ağaxan Salmanlı da var.

Əməkdar artist Adil Zeynalov da bu il dünyasını dəyişib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO