Bakı metrosunda dəhşətli hadisə:  Qatar azyaşlını sürüklədi - VİDEO

Bakı metrosunda dəhşətli hadisə: Qatar azyaşlını sürüklədi - VİDEO

Hazırda oxunan: Bakı metrosunda dəhşətli hadisə: Qatar azyaşlını sürüklədi - VİDEO

66979
8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb.

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Neftçilər”x9d stansiyasında olduqca təhlükəli insident yaşanıb. 

Moderator.az  musavat.com-a istinadən xəbər verir ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib. 

Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib. 

Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO