QMİ Ramazan ayı ilə bağlı fətva verdi

QMİ Ramazan ayı ilə bağlı fətva verdi

Hazırda oxunan: QMİ Ramazan ayı ilə bağlı fətva verdi

66951

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərin Allah dərgahında qəbula yetməsi üçün dualar edir.

Bizim.Media xəbər verir ki, Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva qəbul edib.

Fətvada deyilir:

“Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185).

Aləmlərə rəhmət, möminlərə mərhəmət olan “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik! 
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.

Qadir Allah doğma Azərbaycanımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO