“Azərbaycanda elektromobillərin istifadəsi üçün infrastrukturun genişləndirilməsi planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransındakı çıxışında bildirib.
“Avtomobil dayanacaqlarında elektromobil və hibrid avtomobillər üçün səyyar enerjiyığma stansiyalarının quraşdırılması üzrə işlər planlaşdırılır. Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur" – deyə Qurbanov qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda elektromobillər üçün 33 enerjiyığma stansiyası fəaliyyət göstərir. Onlardan 22-i Bakıda, 11 regionlarda yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 29.03.2022
Parkinqlərdə elektromobillər üçün enerjiyığma stansiyaları quraşdırılacaq
Hazırda oxunan: Parkinqlərdə elektromobillər üçün enerjiyığma stansiyaları quraşdırılacaq
Hazırda oxunan: Parkinqlərdə elektromobillər üçün enerjiyığma stansiyaları quraşdırılacaq
66937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.