Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gəlinini doğrayıb zibilliyə atan qayınatadan tükürpərdən ifadə - VİDEO
Qərara əsasən şikayət təmin edilməyərək, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib.
Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.
Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media