İrəvana qarşı SANKSİYALAR: Niyə Ermənistan Qərbin yadına Rusiyanı çökdürmək istəyəndə düşdü? - TƏHLİL

İrəvana qarşı SANKSİYALAR: Niyə Ermənistan Qərbin yadına Rusiyanı çökdürmək istəyəndə düşdü? - TƏHLİL

Hazırda oxunan: İrəvana qarşı SANKSİYALAR: Niyə Ermənistan Qərbin yadına Rusiyanı çökdürmək istəyəndə düşdü? - TƏHLİL

66769

Martın 26-da dünyaca nüfuzlu “Financal Times” jurnalında dərc olunan xəbərlərdən biri dünya miqyasında geniş müzakirələrə səbəb olub. Belə ki, mənbə Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkələrə qarşı da məhdudiyyətlərin tətbiq oluna biləcəyini gündəmə gətirib.

Maraqlıdır ki, oxşar məsələ digər nüfuzlu mətbuat orqanları olan “Washington Times” və “The Times” tərəfindən də qabardılıb. Xüsusilə də, “Washington Times”da dərc olunan məqalədə, Ermənistanın Rusiyanın əsas ticarət partnyorlarında biri olduğu və iqtisadi əməkdaşlığın əsas aspektləri vurğulanıb. “The Times” isə Rusiyanın orbitində olan ölkələrdən biri kimi Ermənistana da sanksiyalar tətbiq edilməsinin vacibliyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus iqtisadçı sanksiyaların Rusiya iqtisadiyyatına təsirini şərh etdi – ÖZƏL


Təbii ki, indiki situasiyada Qərbin Ukrayna böhranından istifadə edərək Rusiyanı iqtisadi və siyasi böhranla üz-üzə qoymaq niyyətləri və bu niyyətləri həyata keçirmək üçün sanksiyaları əsas alət kimi istifadə etdiyi bəllidir.

Lakin diqqət çəkən məqam Ermənistana sanksiyaların tətbiq edilməsinin məhz Ukrayna böhranı fonunda yada düşməsi ilə bağlıdır.

Çünki 30 ildə rəsmi İrəvanı embarqolarla üz-üzə qoyacaq addımlarının sayı hesabı olmayıb. Ələxsus da, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30 ilə yaxın müddətə yerinə yetirməkdən boyun qaçıran ölkənin bu illər ərzində sanksiyaların hədəfindən gizlənə bilməsinin özü sürpriz kimi qarşılanmalıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vətən müharibəsinin başlamasından iki gün öncə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatında bu məsələni açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

İlham Əliyev Ermənistana sanksiyaların tətbiqi üçün səbəbləri də açıq şəkildə sadalamışdı. Lakin bütün bunlara rəğmən nədənsə Ermənistana qadağalar qoymaq heç müzakirə predmetinə belə çevrilmədi (iki gün sonra başlayan müharibədə törətdiyi savaş cinayətlərinə rəğmən).

Azərbaycana qarşı ikili standartları göz önünə gətirib, bizə qarşı atılan addımlara uydurmaq üçün əsassız bəhanələr tapanlar, əlbəttə, olacaq.

Bu arqument qarşısında isə İran nümunəsini xatırlatmaqda fayda var. Belə ki, Ukraynada hərbi əməliyyatlar başlamadan öncə dünyada ən çox sanksiyalar tətbiq olunan ölkələr sırasında ilk pillənin sahibi olan İranla Ermənistan arasında iqtisadi əlaqələrdə heç bir məhdudiyyət yox idi.

Buna rəğmən Ermənistana sanksiya tətbiq etmək nədənsə heç kimin ağlının ucundan belə keçməmişdi.

Göründüyü kimi, Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsində hər zaman üzüyumşaq davranılıb. Bunun səbəbləri isə bizə yaxından bəllidir. Elə ölkəmizə qarşı ikili standartlara səbəb də, Ermənistanı sanksiya mərmilərindən qoruyan bunker də erməni lobbisidir.
Yaltaqlıq, ikiüzlülük, özünü  məsum kimi təqdim etmək, qadınlarını çirkin oyunlarına alət etməklə ermənilər Qərb limanlarında özlərini sağlam dirəyə bağlamağı bacarırdılar. Ta ki, indiyə kimi.

Artıq Qərbin ermənilərin çıxardığı oyunlardan daha vacib olan Ukrayna böhranından istifadə edərək Rusiyanı çökdürmək planı işə düşüb. Bu məqsədə çatmaq uğrunda Avropada böyük bir ölkənin savaş meydanına çevrilməsinə belə göz yuman Qərb başbilənlərinin erməni katibələrinin cilvəsi ilə yoldan çıxacaqları isə artıq real görünmür.

Eyni zamanda adı çəkilən nüfuzlu media qurumlarının da bu məsələyə mühüm diqqət yetirməsi həm erməni lobbisinin aciz durumunu göstərir, həm də Ermənistana sanksiyaların tətbiq olunmasının mümkünlüyü ehtimallarını daha da artırır.
Bizim təmənnimiz isə eynidir. Ermənistan törətdiyi hərbi, iqtisadi və insani cinayətlərin cəzasının layiqincə ödəməlidir. Bu cəzanın Qərbin siyasi maraqları işə düşəndə yada salınması nə qədər ədalətsiz, nə qədər gecikmiş olsa da tətbiq olunması artıq zərurətə çevrilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO